Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:30

Putin:"Rusiyanın xəlifətə çevrilməsinə yol verməyəcəyik"


Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin deyib ki, Moskva Rusiyanın xəlifətə çevrilməsinə imkan verməyəcək.

RİA Novostinin məlumatına görə, o bunu rejissor Oliver Stouna filmdə deyib.

Putinlə bağlı bu film "Showtime" telekanalında göstərilib.

“Bilirsiz heç bir dünya dini bəla mənbəyi ola bilməz. İslamda iki əsas cərəyan var, şiə və sünnilər.Onların arasında dərin fikir ayrılığı olduğunu görürük.Hesab edirəm ki, bu nə vaxtsa aradan qaldırılmalıdır”,Putin deyib.

Rejissorun “Moskva xəlifət olacaqmı?” sualına gəldikdə isə Putin deyib: “Buna yol verməyəcəyik. Baxın Vaşinqton xəlifətə çevrilməsin”.

Rusiyada 4 seriyalı “Putinlə müsashibə” filmi iyunun 19-22 arası Birinci kanalda göstəriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG