Keçid linkləri

2017, 26 İyun, Bazar ertəsi, Bakı vaxtı 16:09

2017-ci ilin 5 ayında Azərbaycana 2 min 657 ədəd avtonəqliyyat vasitəsi gətirilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, avtomobil idxalında artım var.

Ötən ilin eyni dövrü ilə müqayisədə artım 19 faiz təşkil edib.

Onların 2240-ı minik maşınlarıdır. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 301 ədəd çoxdur.

İdxalda bu il Rusiya istehsalı minik avtomobillərinin xüsusi çəkisi artmaqdadır. Bu əhalinin getdikcə ucuz avtomobillərə üstünlük verməsi ilə izah edilir.

Əhali Rusiyadan sonra Almaniya və Koreya avtomobillərinə üstünlük verir.

Avtobusların idxalında da cüzi artım nəzərə çarpır. İlin əvvəlindən 36 avtobus alınıb ki, bu, 2016-cı ilin yanvar-may ayının göstəricilərindən 4 ədəd çoxdur.

2017-ci ildə Azərbaycanda 347 yük avtomobili alınıb. Bu göstərici isə ötən ilin eyni dövrü ilə müqayisədə 70 faiz çoxdur.

Ancaq ötən il avtomobil idxalının əvvəlki illə müqayisədə 6-7 dəfə azaldığı bildirilirdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG