Keçid linkləri

2017, 19 Avqust, şənbə, Bakı vaxtı 07:46

Verhofstadt:"Britaniya AB-də qala bilər, amma imtiyazlara bel bağlamamalıdır"


Guy Verhofstadt

“Böyük Britaniya mövqeini dəyişə və Avropa Birliyində qala bilər, ammabirlikdə özünün büdcə endirimi və ya Avropa Birliyinin qaydalarından komleks imtina üstünlüklərinə arxayın olmamalıdır”.

Bunu iyunun 14-də Avropa Parlamentinin “Breksit” üzrə koordinatoru Qi Verxofstadt (Guy Verhofstadt ) bəyan edib.

Fransa prezidenti Emmanuel Macron bundan bir gün əvvəl bildirib ki, Britaniyanın Avropa Birliyindıən çıxması ilə bağlı danışıqlar nə qədər ki, bitməyib, qapılar Britaniyanın üzünə açıqdır.

Amma Macron qeyd edib ki, danışıqlardan sonra əvvələ dönmək çətin ola bilər.

Qeyd edək ki, Belçikanın keçmiş baş naziri Qi Verxofstadt bundan bir gün əvvəl Britaniyanı mövqeinə mümkün qədər tez aydınlıq gətirməyə çağırıb.

Baş nazir Theresa May-in mühavizəkarlar partiyası parlament seçkisində icmalar palatasında çoxluğu itirib və İrlandiyanın Demokratik Yunionist Partiyası ilə koalision hökumət qurmaq məcburiyyətindədir.

Amma bir çox deputatlar Thereza May-i “Breksit”lə bağlı ilkin mövqeini yumşaltmağa, kəskin miqrasiya kursundan və Avropa Birliyiilə razılaşma olmadan Britaniyanın ondan çıxmasının mümkünlüyü ilə bağlı bəyanatlardan imtina etməyə çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG