Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 05:24

22 kredit təşkilatının lisenziyası ləğv edilib


Manat

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurası bir sıra kredit təşkilatlarının fəaliyyətinə verilmiş lisenziyaları ləğv edib.

Xəbəri MBNP yayıb.

Palatanın xəbərinə görə, onlar bir il müddətində bank fəaliyyəti həyata keçirmədiyi və hesabatlar təqdim etmədiyindən bu addım atılıb.

Söhbət «Ağammədli», «Ağdaş», «Aqrovest», «Balıqçı», «Bənövşə», «Buta», «Fəqan», «Fidan», «Girdiman», «İnkişaf», «Meridian», «Mikrokredit», «Muxax», «Nihat» və «Qarabağ-2010» təşkilatlarından gedir. Habelə, «Şəmkir», «Şəmkir Aqro», «Zərqova», «Ziya» kredit ittifaqlarının və «Norveç Mikrokredit» bank olmayan kredit təşkilatının lisenziyası ləğv edilib.

Bundan başqa, öz müraciətləri əsasında «A.F.S» və «KİV nümayəndələri» kredit ittifaqlarına verilmiş lisenziyalar da geri alınıb.

Hələlik, sözügedən qurumlar bu məsələ ilə bağlı hər hansı açıqlama verməyiblər.

Ötən il isə ölkədə 11 bankın lisenziyası alınıb. Bu onların öhdəliklərini yerinə yetirməmələri ilə izah edilib.

Son bir ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların kəskin azaldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG