Londondakı yanğında bir neçə nəfər həlak olub, onlarla adam xəsarət alıb.
«Bir neçə nəfər ölüb, binanın böyüklüyü və mürəkkəbliyini nəzərə alaraq, hazırda ölənlərin sayını təsdiqləyə bilmərəm», – London yanğınsöndürmə briqadasının rəhbəri Dany Cotton iyunun 14-də deyib.
Hələlik, yanğının səbəbi bəlli deyil.
+++
Londonun qərbində hündürmərtəbəli binada yanğın olub, azı 30 nəfər xəstəxanaya aparılıb.
«Grenfell Tower» adlanan binada yanğın iyunun 14-də gecə saatlarında baş verib. 200-dək yanğınsöndürən hələ də hadisə yerindədir.
Yanğın xəbərdarlığı veriləndən dörd saat sonra belə, 27-mərtəbəli binanın ayrı-ayrı mərtəbələrindən alov çıxdığı bildirilir.
Yanğınsöndürənlərin çox çətin şəraitdə işlədiy qeyd olunur.
Şahidlər binanın içində qalan sakinlərin pəncərələrdən baxdığını deyir.