Keçid linkləri

2017, 24 İyun, şənbə, Bakı vaxtı 09:24

Ekspert: 'Çoxmənzilli binaların idarəçiliyində hərc-mərclik var'


Çoxmənzilli bina (arxiv fotosu)

“Yeni tikilən binalarda gerçəkdən bir xaos var. Binanı tikən hər bir sahibkar mülkiyyətçiləri əsaslandırılmamış tariflərlə kommunal xidmət və mənzil haqları ödəməyə məcbur edirlər”.

İqtisadçı Rövşən Ağayev çoxmənzilli binaların vahid qayda ilə idarə olunması ilə bağlı parlamentdə Mənzil Məcəlləsinə təklif edilmiş dəyişiklikləri şərh edərkən belə deyib.

İqtisadçı çoxmənzilli binaların idarəçiliyində hərc-mərcliyin olduğunu ifadə edib.

Buna da bax:​ Hündürmərtəbəli binaların çoxunda yanğın çıxışları yoxdur

Azerbaijan -- economist Rovshan Agayev, March 2014
Azerbaijan -- economist Rovshan Agayev, March 2014

“Kimsə mənzilin hər kvadratına 1.5 manat, mühafizə xərcləri üzrə hər mənzilə 30 manat, istilikdən ötrü hər kvadrata aylıq 1 manat, təmizliyə ayda 10 manat müəyyən edir. Başqa birisi bundan 2 dəfə az, o birisi yarım dəfə çox tariflər müəyyən edir. Hansı meyarlar və iqtisadi əsaslandırmalarla formalaşır bu tariflər?”, - deyə sual edən ekspert vahid kriteriyaların olmamasının belə durumun yaranmasını şərtləndirdiyini vurğulayıb

“Hələ 4 il əvvəl ekspert qrupumuzun hazırladığı araşdırmada çoxmərtəbəli binaların idarə edilməsi ilə bağlı problemlər və onlardan çıxış yollarına dair xeyli vacib, bu gün də son dərəcə aktual olan təkliflər vermişdik. Nə qədər ki, bu sənəddə əks olunan problemlərin həllinə yönəlik kompleks qanunvericilik və islahatlar aparılmayacaq, parlamentin Mənzil Məcəlləsinə etdiyi dəyişikliklərlə vəziyyət də kökündən dəyişməyəcək”, – iqtisadçı bildirib.

Buna da bax:​ Yeni tikililərin «kupça» dərdi

Ekspert onu da vurğulayıb ki, çoxmərtəbəli mənzillərin idarə olunması ətrafında yaranan problem təkcə mülkiyyət məsələsi deyil.

Xatırlatma

Ölkə parlamenti iyunun 13-də Mənzil Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsini müzakirəyə çıxararaq qəbul edib.

Həmin qanun layihəsinin məqsədi çoxmənzilli binaların idarə edilməsi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi, idarəetmədə mənzil mülkiyyətçilərin daha yaxından iştirakının təmin olunmasıdır.

Buna da bax:​ 'Təkcə ev tikib pul qazanmırlar, həm də xəstə gələcək qururlar'

Layihəyə əsasən, çoxmənzilli binanın idarə olunması ilə bağlı qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. Bu binaların idarə edilməsi ilə bağlı müqavilələr həmin qaydaların tələblərinə uyğun olaraq bağlanmalıdır. Eyni zamanda, binanın idarə edilməsi zamanı bu qaydaların tələblərinin pozulması məsuliyyətə səbəb olacaq.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG