Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 22:55

Alexander Lapshin-in məhkəməsi başlayır


Alexander Lapshin

Həbsdəki bloqqer Alexander Lapshin-in işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. İş hakim Əlövsət Abbasova verilib.

Hazırlıq iclasının iyunun 22-də olacağı bildirilir.

A.Lapshin-in vəkili Eduard Chernin bildirib ki, taxikardiyadan (ürək döyüntüsünün artması) əziyyət çəkən A.Lapshin hələ də tibb məntəqəsindədir. Ancaq onun vəziyyəti yaxşılaşıb və saxlanma şəraitindən şikayəti yoxdur.

Ötən günlərdə A.Lapshin-ə anası baş çəkib.

Rusiya, Ukrayna və İsrail vətəndaşı olan A.Lapshin Azərbaycanın işğal edilmiş ərazilərini qanunsuz keçdiyinə və ölkənin ərazi bütövlüyünə qarşı çağırışlara görə cinayət məsuliyyətinə cəlb edilib.

O, 2016-cı ilin sonunda Belarusda saxlanılıb. 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya edilib. İttihamlar təsdiqlənərsə, onu bir neçə il həbs cəzası gözləyir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG