Keçid linkləri

2017, 21 Avqust, Bazar ertəsi, Bakı vaxtı 04:55

Rusiya hökumətinə bağlı hakerlər kibersilah hazırlayıblar və bu silah dünyanın elektrik sistemlərini dağıtma potensialına malikdir. Bunu tədqiqatçılar iyunun 12-də bildiriblər.

Araşdırmaçıların «CrashOverride» və ya «Industroyer» adlandırdığı bu virus proqramı dekabrda Ukraynada elektrik sistemini dağıdıb, Kiyevin 1/5 hissəsində elektrik qısa müddətə kəsilib.

«Dragos» kibertəhlükəsizlik firmasının bildirməsinə görə, bu virus Avropa və Asiyada elektrik sistemlərinə hücum qabiliyyətinə malikdir, azacıq modifikasiyalarla Birləşmiş Ştatlarda da istifadə oluna, bir neçə günlüyə elektrik verilişini dayandıra bilər.

Proqramın modifikasiya olunmaqla yerli nəqliyyat, su sistemləri, təbii qaz təchizatı kimi vacib infrastruktura da ziyan vura biləcəyi bildirilir.

Bu xəbər ABŞ Daxili İşlər Nazirliyini kritik infrastruktur operatorlarına tövsiyə verməsiylə sonuclanıb. Onlardan təhlükəsizlik tədbirlərinə əməl etmələri istənilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG