Keçid linkləri

2017, 21 Avqust, Bazar ertəsi, Bakı vaxtı 04:45

'Süleyman Rüstəm, 9' ilə Bermud üçbucağının nə əlaqəsi var?


Bermud üçbucağı

Yaradılan şirkətlərin reyestr məlumatlarının ictimaiyyətdən gizli saxlanılması halları ara vermir. Bu dəfə Bakıda Süleyman Rüstəm küçəsi, 9 ünvanında təsis edilən iki şirkətə dair informasiya öyrənmək istədikdə, Vergilər nazirliyinin məlumat bazası «məlumat yoxdur» cavabını verir.

«Zetta 2017» MMC və «First 2017» MMC 10 manatlıq kapitalla aprelin 5-də dövlət qeydiyyatına alınıb. Bu haqda «Vergilər» qəzetinin son xüsusi buraxılışında bilgi verilib. Lakin məlumatda şirkətlərin direktorlarının kimliyi haqda bir söz yoxdur.

Buna da bax:​ Əliyevlərlə bağlı şirkətlərdə 'yunan allahları' [qısa araşdırma]

Qəzetdən bir parça
Qəzetdən bir parça

Mənbə: «Vergilər» qəzeti

Vergilər Nazirliyinin kommersiya qurumlarının Hüquqi Şəxslərin Dövlət Reyestrinə daxil edilmiş məlumatları arasında bu şirkətlərə dair informasiya yoxdur. Bu şirkətlərin təsərrüfat fəaliyyəti haqda da, hələlik, bir bilgi əldə olunmayıb.

«İtkin» şirkətlərdən xəbər var

Bundan öncə qeyd olunan ünvanda 2016-cı ildə yaradılan bir çox şirkət barədə də məlumatın eynilə əlçatımlı olmadığı üzə çıxmışdı. Məsələn, bu ilin yanvarında qurulan «Relt Sale» MMC (VÖEN 1403628451) iki ay sonra ləğv edilmə mərhələsində olarkən, onun barəsində dövlət reyestrində heç bir məlumat yox idi.

Buna da bax: Bakıdakı o məşhur ünvanda daha bir "sirli" şirkət quruldu

2016-cı ildə bu ünvanda «AzEcoFarm» MMC (1403345771) yaradılmışdı. Elə bu şirkətin reyestr məlumatı da qapalıdır. Şirkət haqda müəyyən bilgini «Azərişıq» ASC bugünlərdə açıqladığı tenderin nəticəsindən almaq olub. Məlumatdan aydın olur ki, Xəzər rayonunun Zirə qəsəbəsində «AzEcoFarm» MMC-yə məxsus istilik kompleksi inşa olunur. Satınalma prosedurunun nəticəsi olaraq bu kompleksin elektrik təchizatı işlərinin görülməsini «Azərişıq» ASC «Retro Holding» MMC-yə həvalə edib və bu məqsədlə tərəflər müqavilə bağlayıb.

Screenshot
Screenshot

Mənbə: «Azərişıq» ASC-nin internet saytı

Buna da bax:​ Azərbaycanın 4 böyük şirkətini bağlayan "gizli tellər"- [Araşdırma]

Qeyd edək ki, S.Rüstəm küçəsi, ev 9 ünvanındakı hündürmərtəbəli biznes mərkəzində, bir qayda olaraq, «AtaHolding» və «Synergy Group» kimi iri şirkətlər qruplarına bağlı olan kommersiya qurumları yaradılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG