Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 23:28

AB ilə danışıqlardan bu il nəticə gözlənmir


Mahmud Məmmədquliyev

«İyunun 13-ü və 14-ü Bakıda Avropa Birliyi (AB) ilə yeni saziş üzrə danışıqlar keçiriləcək. Danışıqlar iki istiqamət - birincisi, siyasi, təhlükəsizlik, ikincisi isə ticarət və investisiya məsələləri üzrə aparılacaq».

APA-nın xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Nazir müavini bildirib ki, ola bilsin, bu ayın sonuna kimi hansısa istiqamət üzrə videokonfrans da keçirilsin və iyulun birinci yarısına qədər müzakirələr davam etdirilsin.

«Danışıqlar gedir. Bilirsiniz ki, bu o qədər də sadə proses deyil. Hər tərəfin öz mövqeyi var və çalışmaq lazımdır ki, bu mövqeləri hədəfə çatdıraq. Bəzi maddələr artıq razılaşdırılıb, bəziləri isə hələ qalır. İşlər təzə başlayıb. Çalışmalıyıq ki, danışıqlar daha səmərəli keçsin», - deyə o vurğulayıb.

M.Məmmədquliyev hesab edir ki, danışıqları bu ilin noyabrında Brüsseldə keçiriləcək «Şərq tərəfdaşlığı» sammitinə qədər yekunlaşdırmaq mümkün olmayacaq:

«Çünki danışıqlar yeni başlayıb, sazişin əhəmiyyəti isə çox böyükdür. Onun hər bir maddəsi tərəflər üçün vacibdir. Ona görə inanmıram ki, noyabr ayına qədər danışıqları bitirək. Söhbət vaxtdan getmir. Biz istəyirik ki, əməkdaşlıq sənədinin keyfiyyəti yüksək olsun».

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla Assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Yaxın günlərdə Azərbaycanla Avropa Birliyi arasında danışıqların növbəti mərhələsi keçirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG