Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 23:30

ABŞ prezidenti Donald Trump gələn ay Almaniyada Böyük 20-liyin sammitindən öncə Polşaya səfər edəcək. Məlumatı iyunun 9-da Ağ ev yayıb.

“Bu səfərlə Amerika ən sıx avropalı müttəfiqlərimizdən birinə sədaqətini, eləcə də administrasiyanın NATO-nun kollektiv müdafiəsini gücləndirməyə verdiyi öncəliyi göstərəcək”, – Ağ ev bildirib.

Buna da bax:​ Trump Qətəri yenə də terrorda ittiham edir, Erdoğan onun müdafiəsinə qalxır

Trump səfəri zamanı böyük nitq söyləyəcək və Üç Dəniz Təşəbbüsü sammitinə qatılacaq.

Mərkəzi, şərqi və cənubi Avropa ölkələrinin liderləri iyulun 6-7-də Üç Dəniz sammitinə yığışacaqlar.

Böyük 20-liyin sammiti isə iyulun 7-8-də Hamburqda olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG