Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 17:55

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dövlət büdcəsinə ödənişləri artıb.

Bu haqda SOCAR-ın mətbuat xidməti xəbər verir.

Məlumatda bildirilir ki, SOCAR-dan bu ilin may ayında dövlət büdcəsinə 139 milyon 586 min manat vəsait ödənilib. Bu göstərici 2016-cı ilin may ayı ilə müqayisədə 21 milyon 780 min manat çoxdur.

Cari ilin yanvar-may aylarında isə büdcəyə ümumilikdə 669 milyon 888 min manat vəsait ödənilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 107 milyon 107 min manat artıqdır.

SOCAR mayda Dövlət Sosial Müdafiə Fonduna da 12 milyon 945 min manat köçürüb.

Yanvar-may aylarında Dövlət Sosial Müdafiə Fonduna ödənişlər ümumilikdə 62 milyon 460 min manat təşkil edib. SOCAR bu göstəricinin də ötən ilin yanvar-may ayları ilə müqayisədə çoxaldığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG