Keçid linkləri

2017, 25 İyun, bazar, Bakı vaxtı 12:49

Polşaya ABŞ-dan ilk sıxılmış qaz tankeri çatıb


Foto arxiv

İyunun 8-də Polşaya ABŞ-dan ilk sıxılmış qaz tankeri çatıb.

Analitiklər bunu Varşavanın Moskvanın enerji asılılığından qurtulması yolunda vacib addım hesab edirlər.

Azadlıq Radiosunun məlumatına görə, 300 metrlik “Clean Ocean” tankeri Svinouytse qaz limanına yan alıb.

Bundan əvvəl bu limana əsasən Qətər tankerləri yan alırdı.

Amma ABŞ-dan göndərilən qazın həcmi və qiyməti göstərilmir-bu kommersiya sirridir.

Polşanın neft-qaz şirkətinin rəhbəri bildirib ki, ABŞ-ın “Cheniere Energy” şirkətindən alınan bu qaz digər ölkələrdən gətirilən qazın qiyməti ilə rəqabət apara bilər və Mərkəzi və Şərqi Avropa bazarında bu növ yanacağa əhəmiyyətli təsir göstərə bilər, cünki bu regiona göndərilən ilk belə ABŞ qazıdır.

Ekspertlər həmçinin hesab edir ki, qaz mənbələrinin şaxələndirilməsi 2019-cu ildə Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlarda Polşanın mövqeini möhkəmləndirə bilər.

“Qazprom” un Polşaya göndərdiyi indiki qazla ölkənin illik təlabatının yalnız 1/3-ni təmin etmək mümkündür.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG