Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 19:38

«Beynəlxalq Bankın borcları restrukturizasiya ediləndə Azərbaycan əlverişli şərtlər əldə edəcək».

İqtisadiyyat nazirinin müavini Sahil Babayev Bakıda keçirilən Avropa Birliyi-Azərbaycan biznes forumunda belə deyib.

O, Beynəlxalq Bankın öhdəliklərinin dövlətə ötürülməsinə də toxunub.

«Ölkənin ehtiyatlarından Beynəlxalq Bankın borclarının ödənilməsi üçün istifadə ən son variantdır», - deyən nazir müavini əlavə edib ki, Beynəlxalq Bankın borclarının könüllü restrukturizasiyası təklif edilib.

«Bu, ən optimal variantdır. ABB-nin borcları restrukturizasiya ediləndə Azərbaycan əlverişli şərtlər əldə edəcək», - S.Babayev vurğulayıb.

Ancaq o, əlverişli şərtlərin nə olduğunu söyləməyib.

XATIRLATMA

Hökumət Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin dövlətə ötürülməsinə qərar verib. Bunun ardınca 3.3 mlrd. dollar həcmində borcun restrukturizasiyasından ötrü Nyu-York məhkəməsinə müraciət olunub.

Restrukturizasiya kreditlərin və onun qaytarılma şərtlərinin dəyişdirilməsi deməkdir.

Mayın 23-də isə xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirilib. Toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub. Belə variantlardan biri borcun 12 və ya 15 illik dövlət istiqrazları ilə əvəz edilməsidir. Üstəlik, 20 faiz borcun silinməsindən söhbət gedir.

ABB-nin kreditorlarının təklif edilən plandan narazı qaldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG