Keçid linkləri

2017, 25 İyun, bazar, Bakı vaxtı 12:55

ABŞ-ın maliyyə yardımı ilə tibb məntəqəsi tikilib


ABŞ bayrağı

ABŞ-ın yardımı ilə Sabirabad rayonunun Qaralı kəndində yeni tibb məntəqəsi inşa olunub. İyunun 7-də Qaralı kəndində məntəqənin tikintisinin başa çatması qeyd edilib.

Bu haqda ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat verir.

Tədbirdə ABŞ səfirinin həyat yoldaşı Anne Сekuta, Azərbaycanının iqtisadiyyat, səhiyyə nazirliklərinin və yerli strukturların nümayəndələri iştirak edib.

Səfirlik bildirir ki, layihəni ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan hökuməti birgə maliyyələşdirilib. Layihəni Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) icra edib.

«Amerika Birləşmiş Ştatları Azərbaycan xalqına dəstək göstərməyə sadiqdir. Bu layihə Amerika xalqının Azərbaycan xalqına səmimi dostluğunun təzahürüdür», - açılış zamanı xanım Cekuta deyib.

Verilən məlumata görə, bu tibb məntəqəsi Qaralı və qonşu kəndlərdən gələn 3 minə yaxın sakinə xidmət edəcək.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG