Keçid linkləri

2017, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:18

İngiltərənin “Çelsi” klubunun hücumçusu Diego Costa yeni komanda axtarışındadır.

The Guardianın məlumatına görə, komandanın baş məşqçisi Antonio Conte onu növbəti mövsüm oynatmaq istəmir.

“Bu mövsüm məşqçi ilə münasibətlərim pis idi. Görünür bu mənim üçün pis mövsüm idi. Conte mənə xəbər göndərdi ki, məni gələn mövsümdə görmür və odur ki, çıxış yolu axtarmalıyam. Madriddə yaşamaq xoşuma gəlir, amma bir neçə ay idmansız qala bilmərəm. Mənim üçün hansı liqada oynamağın fərqi yoxdur, təki futbol olsun”, Costa deyib.

28 yaşlı Costa 2016-2017 mövsümündə “Çelsi” də keçirdiyi 42 oyunda 22 dəfə fərqlənib və komandası İngiltərə çempionu olub.

O, “Çelsi” də 2014-cü ildən oynayır.

Bunadəksə Madridin “Atletiko” klubunda oynayıb, bu komandada İspaniya kuboku, Avropa Liqası və UEFA superkubokunun qalibi olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG