Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 23:28

Myanma ordusu iyunun 8-də bildirib ki, Andaman dənizində təyyarənin qalıqları və bir neçə cəsəd aşkarlanıb. Göyərtəsində 122 nəfər olan təyyarə dünən – iyunun 7-də itib.

Ordu Facebook səhifəsində bildirib ki, qalıqlar Myanmanın cənub sahilində aşkarlanıb.

Sərnişinlərin yarıdan çoxu hərbçi ailələri olub. Onların arasında 15 uşaq, 35 əsgər və 14 heyət üzvü vardı.

Təyyarə Myey şəhərindən havaya qalxandan yarım saat sonra dispetçerlə əlaqəsi kəsilib. O, Andaman dənizi üzərindən Yanqona uçurdu.

Məlumata görə, kapitanın 3 min saatlıq uçuş təcrübəsi olub. Çin istehsalı olan təyyarə 2016-cı ilin martında alınıb, 809 uçuş saatı gerçəkləşdiribmiş

Ötən il Myanma hərbi təyyarələri iki dəfə qəzaya uğrayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG