Keçid linkləri

2017, 26 İyun, Bazar ertəsi, Bakı vaxtı 16:05

ABŞ-da 'rus bandası'nın 31 üzvü saxlanıb


Foto illüstrasiya

İyunun 7-də ABŞ prokurorları Rusiyadan olan mütəşəkkil cinayətkar qrupun üzvləri olmaqda şübhəli bilinən 30-dan çox şəxsi saxlayıb və onlara ittiham irəli sürülüb.

Cənubi Nyu Yorkun prokuroru deyib ki, şübhəlilər beynəlxalq miqyasda və Birləşmiş Ştatlar ərazisində çalışıblar, narkotik maddələrin, oğurlanmış məhsulların qaçaqçılığı, eləcə də şantajla pul qoparma, sifarişlə adamöldürmə, kredit kart fırıldaqçılığıyla məşğul olublar.

Prokurorlar bu qrupun «başgicəlləndirici sayda» cinayət sxemlərində əli olduğunu bildirir.

33 nəfərin çoxunu Razhden ShulayaZurab Dzhanashvili idarə edib. Onlar keçmiş Sovetlər Birliyində doğulublar, Ukrayna, Gürcüstan və Rusiyayla güclü münasibətləri var.

Shulaya-nın rusiyalı «vor v zakone» olduğu bildirilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG