Keçid linkləri

2017, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:19

Kadyrov “Terek” futbol klubuna atasının adını verdi


Ramzan Kadyrov

Qroznının “ Terek” futbol komandası indən belə “Akhmat” adını daşıyacaq.

Bu barədə Çeçenistan lideri və keçmiş Çeçenistan prezidenti Akhmad Kadyrov-un oğlu Ramzan Kadyrov özünün instaqram hesabında yazıb.

“Çeçenistan xalqı və Rusiyanı beynəlxalq terrorçuluqdan xilas edən adamın adını daşıyan futbol klubu əvvəlki illərdən 100 dəfə yaxşı oynamalıdır”, Kadyrov yazır.

“Terek” ötən mövsüm Rusiya çempionatını 5-ci pillədə başa vurub.

Kadyrovun sözlərinə görə, qərar çoxsaylı azarkeşlərin xahişi ilə qəbul olunub.

Amma komandanın azarkeşlər cəmiyyəti “Vkontakte” sosial şəbəkəsində klubun adının dəyişdirilməsinə etiraz aksiyasına başlayıblar.

Komanda təxminən 60 il idi ki, “Terek” adını daşıyırdı.

Qeyd edək ki, bunadək Moskvadakı küçələrdən birinə, Sankt-Peterburqda körpüyə və İsraildəki ən böyük məscidlərdən birinə Akhmat Kadyrovun adı verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG