Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:35

Azərbaycan xalçaları Belqradda sərgilənir


Azerbaijani carpets are collected in Belgrade, Serbia "Irreplaceable values" exhibition. june2017
Azerbaijani carpets are collected in Belgrade, Serbia "Irreplaceable values" exhibition. june2017

Serbiyanın paytaxtı Belqradda Azərbaycan xalçalarının toplandığı “Əvəzolunmaz dəyərlər” adlı sərgi açılıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Belqrad Etnoqrafiya Muzeyində gerçəkləşən sərgi Azərbaycan Xalça Muzeyi ilə Belqrad Etnoqrafiya Muzeyi arasında muzey işinin inkişafı və mədəni irsin qorunması sahəsində beşillik əməkdaşlıq memorandumuna əsasən reallaşıb.

Sərginin kuratoru Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, dizayneri tanınmış avstriyalı memar Kristian Şturmingerdir.

Buna da bax:​ Xalça ustasının həyat sərgisi açıldı

Açılış mərasimində Serbiyanın Mədəniyyət və İnformasiya Nazirliyinin, digər dövlət qurumlarının, Serbiya ictimaiyyətinin və diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi və üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan azərbaycanlılar və KİV nümayəndələri iştirak ediblər. 47 eksponatın nümayiş edildiyi sərgidə XIX-XX əsrlərə aid xovsuz və xovlu xalçalar, xalça məmulatları, görkəmli xalçaçı-rəssam Lətif Kərimovun müəllif xalçaları, habelə XIX əsrə aid misgərlik, bədii tikmə və milli geyim nümunələri də təqdim olunur.

Sərgi iyulun 1-dək davam edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG