Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 11:27

Microsoft şirkəti Skype video söhbət proqramının yeni versiyasını yayımlayıb.

Bu barədə xidmətin bloqunda məlumat verilir.

Yeni versiyada interfeys dəyişməklə yanaşı, digər populyar mesajlaşma proqramlarında olan bəzi funksiyalar əlavə olunub.

Dəyişikliklərdən biri Snapchat-ın, Instagram-ın “Hekayələr” bölməsinə bənzər“Highlight” özəlliyidir. Bu özəlliklə istifadəçilər stikerlərlə, yazılarla, smayllarla düzəltdikləri fotolarını, videolarını paylaşa bilərlər. Dostlar bu paylaşımları görə və ayrıca bir lentdə dəyərləndirə bilərlər. Instagram-dan fərqli olaraq, Skype-da həmin paylaşımlar bir həftə qalacaq.

Bundan əlavə, fotolar və videolar çəkib redaktə etmək üçün Capture bölməsi işə salınıb.

Yeni versiyada zənglər bölməsi də yenidən dizayn olunub. Artıq danışıqlar zamanı həm də istifadəçilərə emosiyalarla reaksiya vermək olar.

Söhbət bölməsində təkcə mesajlaşmaq, zəngləşmək yox, həm də kontaktları, internetdən vacib məlumatları axtarmaq olar. Eyni zamanda, reseptlərin, uçuş, konsert biletlərinin axtarışı üçün botlardan da faydalanmaq olar.

Hazırda yeni versiya Android platformalı cihazlar üçün əlçatandır. Növbəti həftələrdə iOS versiyasının da yayımlanacağı bildirilir.

Windows və MacOS üçün masaüstü versiyaları bir neçə aya hazır olacaq.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG