Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 14:29

'Formula-1' xəbərdarlığı


Bakı "Formula-1"ə hazırlaşır

Bakıda keçiriləcək "Formula-1" yarışlarında nəqliyyat xüsusi rejimdə işləyəcək.

Bu barədə “Baku City Circuit” əməliyyat şirkətinin məlumatında bildirilir.

Həmin günlərdə metro saat 06:00-dan 02:00-dək işləyəcək. Halbuki, Bakıda metro qalan günlər saat 12:00-a qədər fəaliyyət göstərir.

65, 5, 53 saylı marşrutlar məhdudlaşdırılacaq. Yarışların keçirildiyi zonada piyadalar yerüstü və yeraltı keçidlərdən istifadə edəcəklər.

Buna da bax:​ Deputat: 'Dünyada bir milyard insan acdır, Oyun keçirilməsin?'

Yarışların dairəvi yolu Dənizkənarı Bulvar, İstiqlaliyyət, Xaqani, Ü.Hacıbəyov, H.Əliyev küçələrindən keçir. Yarışlar başa çatanadək sözügedən yolda hərəkət dayandırılacaq.

"Formula-1" yarışları iyunun 23-dən 25-nə kimi Bakıda keçiriləcək. Ötən il də bu yarışlar Bakıda təşkil edilmişdi. Bu yarışların daha 3 il Bakıda keçirilməsi planlaşdırılır. Əks halda rəsmilərin bildirməsinə görə, Azərbaycanı 50 milyon manata cərimə gözləyir. Bu il Azərbaycanda beynəlxalq idman yarışlarının təşkilinə büdcədən 300 milyon manatdan çox pul ayrılıb. Ölkə müxalifəti hesab edir ki, bu pullar əhalinin sosial ehtiyaclarına sərf edilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG