Keçid linkləri

2017, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:18

AB həbsdəki jurnalist və fəalların azadlığını istəyir


Federika Mogerini

"Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarının, o cümlədən hüquq müdafiəçilərinin oğurlanması və özbaşına saxlanması çevik, hərtərəfli və şəffaf araşdırma tələb edir".

Avropa Birliyinin (AB) xarici siyasət və xarici məsələlər üzrə ali nümayəndəsi Federika Mogerininin mətbuat ofisinin yaydığı bəyanatda belə deyilir.

“Azərbaycanlı jurnalist Əfqan Muxtarlı mayın 29-da Tbilisidə yoxa çıxıb. Iki gün sonra isə Bakıda həbs edildiyi məlum olub. Gürcüstan hakimiyyətinin bəyan etdiyi kimi təhqiqata başlanmasını alqışlayırıq", - bəyanatda qeyd olunur.

Buna da bax:​ “Avropa Birliyi ilə vizasız gediş-gəlişə nail olan bir ölkədə jurnalistin oğurlanması...”

"Azərbaycan öz əsas hüquqlarını, əsasən ifadə azadlığı hüququnu gerçəkləşdirdiyinə görə həbsdə olan bütün şəxslərin işlərinə yenidən baxmalı, ölkənin beynəlxalq öhdəliklərinə uyğun olaraq onları dərhal azadlığa buraxmalıdır", - sənəddə vurğulanır.

Bəyanatda ümid edilir ki, "qanunun tələblərinə əməl olunacaq, mülki və siyasi hüquqlar, eləcə də ölkədə qanunla yaşayan xarici dövlətlərin vətəndaşlarının hüquqları təmin ediləcək".

AB ali nümayəndəsi işin gedişini diqqətlə izləyəcəyini bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətini rəhbəri Hikmət Hacıyev isə bu gün iyunun 5-I belə bəyanatları dəyərləndirərkən deyib ki, hüquqi məsələləri siyasiləşdirmək lazım deyil. Belə məsələlərin süni şəkildə siyasiləşdirilməsi yolverilməzdir.

Buna da bax: Birləşmiş Ştatlar Muxtarlı və Bayramlının həbsləri ilə bağlı bəyanat verdi

“Gürcüstan və Azərbaycanın müvafiq qurumları bununla bağlı bəyanat veriblər. Hər iki ölkə dostca siyasət yürüdür və bir-birinin daxili işlərinə qarışmır”, - deyə H.Hacıyev qeyd edib.

Xatırlatma

Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. O, Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Eyni zamanda jurnalistə 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Buna da bax:​ XİN: 'Hüquq məsələsini siyasiləşdirməyin'

Ancaq o, məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG