Keçid linkləri

2025, 07 İyul, Bazar ertəsi, Bakı vaxtı 14:24

Sərhəd qoşunlarının komandanı postu ləğv edilib


E.Quliyev
E.Quliyev

Dövlət Sərhəd Xidmətinin (DSX) Əsasnaməsinə dəyişiklik edilib.

Prezident İlham Əliyev iyunun 5-də bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, «Sərhəd Qoşunlarının komandanı» anlayışı əsasnamədən çıxarılır.

Bundan başqa, fərman DSX-nin strukturu ilə bağlı texniki dəyişikliklərin edilməsini özündə ehtiva edir.

«Baş idarə, idarə, şöbə» kimi anlayışların «aparat, hərbi birləşmələr» kimi, «sərhəd dəstələri, hərbi dəniz və hərbi aviasiya hissələri» anlayışlarının «sərhəd qoşunları, sahil mühafizəsi, çevik qüvvələri, sərhəd nəzarəti» anlayışları ilə əvəz edilməsi həmin texniki dəyişikliklərə aiddir.

ELÇİN QULİYEV DSX SƏDRİ OLDU

Ölkə başçısı iyunun 5-də həmçinin, Dövlət Sərhəd Xidmətinə rəis təyinatı ilə bağlı sərəncam da imzalayıb.

Sərəncama əsasən, Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi təyin olunub.

E.Quliyev buna qədər Dövlət Sərhəd Xidmətinin rəisi, həm də Sərhəd Qoşunlarının komandanı idi.

XS
SM
MD
LG