Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:59

Səudiyyə Ərəbistanda qulluqçu işləmiş tacik qadının başına gələnlər


Shamsiya Asanalishoeva
Shamsiya Asanalishoeva

Bir il əvvəl daha yüksək gəlir və daha yaxşı iqtisadi imkanlar naminə Shamsia Asanalishoeva doğma Tacikistanı tərk edib, Səudiyyə Ərəbistanına getdi.

Bir il sonra isə fiziki zorakılıqdan xilas edilib, səbirsizliklə öz Vətəninə qaytarılmağını gözləyir.

Hazırda Səudiyyə Ərəbistanının paytaxtı Riyadda təhlükəsizlikdə olan Asanalishoeva deyir ki, bu ölkəyə turist vizası ilə gəlib.

Keçmiş telejurnalist olan Asanalishoevanın iş vizası olmasa da, o, Səudiyyə Ərəbistanının məşğulluq agentliyi vasitəsilə ev quluqçusu kimi işə düzəlib və sənədləri olmadan işləyib.

QULLUQÇU KİMİ İŞƏ GÖTÜRDÜLƏR

Asanlishoeva deyir ki, Cədda şəhərində bir Səudiyyə Ərəbistanı vətəndaşının evində təmizlik işləri üzrə qullluqçu kimi işə götürülüb, ona ayda 1500 rial və ya 400 dollar maaş qoyulub. Ancaq tezliklə başa düşüb ki, onun görməli olduğu təkcə təmizlik işləri deyil, ondan həm aşpazlıq, həm də dayəlik tələb olunur.

Asanalishoeva deyir ki, “onlar uşağa baxmağa, bütün ev işlərini görçəyə, yemək bişirməyə məcbur edirdilər. Bu, cəhənnəm həyatı idi”

Shamsiya Asanalishoeva
Shamsiya Asanalishoeva

Azadlıq Radiosunun Tacik xidmətinə müsahibəsində Asanalishoeva deyir ki, onu mütəmadi olaraq döyürdülər.

Bununla bağlı Tacikistanın Xarici işlər nazirliyindən Azadlıq Radiosuna deyiblər ki, Asanalishoeva “çətin şəraitdə işləyib və yaşayıb” , “pis rəftrala üzləşib”.

2 MİNİ QAYTAR

Asanalishoeva deyir ki, o, həmin ailəni tərk etmək istəyəndə isə ona deyiblər ki, əvvəlcə 2 min dolları ödəsin. Həmin pulu o ailə məşğulluq agentliyinə veribmiş ki, ona qulluqçu tapsın.

May ayında, yenə bir gün nıvbəti dəfə döyüləndən sonra Asanalishoeva polisə zəng vurub. Ancaq ərəbcə bilmədiyinə görə, polisə 30 dəfəyəcən zəng vurmalı olub ki, ona ingiliscə bilən bir nəfər tapsınlar. Polis vəziyyəti biləndə dərhal gəlib, ancaq onu həmin məşğulluq şirkətinin ofisinə aparıblar. Halbuki Asanalishoeva polisdən xahiş edirmiş ki,əvvəlcə onu həkimə aparsınlar, bədənindəki zədələri həkim təsdiqləsin. Polis isə onu xəstəxanaya aparmayıb.

Asanalishoeva deyir ki, sənədsiz işlədiyinə görə, həmin ailəyə qarşı məhkəmə iddiası qaldırmaq istəmir.

Tacikistanın Xarici İşlər Nazirliyi bildirir ki, Asanalishoeva hazırda Riyadda Tacikistan səfirliyindədir. Onun sənədləri hazırlanır ki, Asanalishoevanı Tacikistana göndərsinlər.

Səfirlik onun pasportunu həmin məşğulluq agentliyindən geri alıb.

PEŞMANDIR, ANCAQ...

Asaanalishoeva Səudiyyə Ərəbistanına getmək qərarından peşmandır, ancaq deyir ki, Tacikistanda iş yoxdur. Maaş aşağıdır.

Tacikistanın 8 milyonluq əhalisinin 1 milyonu xaricdə iş axtarmaq üçün ölkəni tərk edib. Onların çoxu Rusiyada mövsümi fəhlələlik edir.

Səudiyyə Ərəbistanı taciklərin iş axtardığı ölkələr arasında yenidir. Burda nə qədər tacik işləyir? – bunun dəqiq statistikası yoxdur. Tacikistanın Səudiyyə Ərəbistanı ilə iş kvotaları üzrə müqaviləsi də yoxdur.

Səudiyyə Ərəbistanının özəl agentlikləri Tacikistanla iş qurmağa çalışır.

300 KİŞİ VƏ 200 QADIN

2008-ci ildə Səudiyyə Ərəbistanının məşğulluq agentlikləri Tacikistana 300 kişiyə sürücü və 200 qadına isə ev qulluqçuluğu işçi vizası təklif etdi. Ancaq tələb olunurdu ki, qadınların yaşı 25-dən yuxarı olmasın. Onda Tacikistanıən o vaxtki məşğulluq naziri Shukurjon Zuhurov bu təklifi rədd etdi.

Hazırda Tacikistan yerli vətəndaşların Səudiyyə Ərəbistanına göndərilməsində iştirak edən yerli iki agentliyin işini öyrənir.

Səudiyyə Ərəbistanı xarici işçilərin haqlarını qorumadığına görə tez-tez tənqid olunur. Human Rights Watch təşkilatının hesabatına görə, 2015-ci ildə Səudiyyə Ərəbistanı vətəndaşı öz evində işləyən bir hindistanlının hətta əlini kəsib. Təşkilatın hesabatına görə, Səudiyyə Ərəbistanında qulluqçuların üstünə qaynar su atılır, onlar seksual təcavüzə məruz qalırlar, döyülürlər.

Shamsia Asanalishoeva deyir ki, o, başına gələnləri həm də ona görə danışır ki, bunlar Tacik qadınlara xəbərdarlıq olsun.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG