Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:32

İZ-Üç Gəncə üsyanından ikincisi...


Azerbaijan-Milli ordunun üzvləri
Azerbaijan-Milli ordunun üzvləri

Tarixin yaddaşında 3 Gəncə üsyanı yer alıb.

İndi o üsyanların biri haqqında-1993-cü il iyunun 4-də olan üçüncü qiyam barədə çox danışılır, çox yazılır.

Amma ilk Gəncə üsyanının 1231-ci ildəbaş verdiyini çoxları bilmir.

1920-ci il mayın 24-də başlayıb iyunun 3-dən 4-ə keçən gecə amansızlıqla yatırılan üsyansa daha qanlı olub.

AzadlıqRadiosunun “Iz” proqramı bu sayında nə birinci, nə üçüncü-2-ci Gəncə üsyanının izinə düşüb.

USTA BƏNDƏR TİKƏ-TİKƏ DOĞRANIB

1-ci üsyan Usta Bəndərin başçılığıyla gerçəkləşdiyindən “Bəndər üsyanı” kimi dətarixdə anılır. Həmin üsyanda Gəncəlilər şəhəri işğal etmişXarəzmlərin ağalığına qarşı birləşib. Üsyançılar şəhər hakiminin sarayını ələ keçirib özbək qarnizonunu məhv ediblər. Sultan Cəlaləddin onlardantəslim olmalarını tələb edib və şirin vədlər verib. Ancaq üsyançılar vədlərə aldanmayıb,şəhərdən çıxıb sultan ordusuna hücum çəkiblər. Qanlı döyüşdən sonra üsyançılar geri-şəhərə çəkilməyə məcbur olublar. Cəlaləddin onların ardından şəhərə girib və üsyanı yatırıb. Üsyan başçılarınıməhv etdirib, usta Bəndəri tikə-tikə doğratdırıb...

İKİNCİ ÜSYAN

Tarixə düşmüş ikinci üsyan 1920-ci ilin aprelində- heç 2 yaşı tamam olmamış Cümhuriyyətin işğalından sonra baş verib. Mayın 24-dən 25-nə keçən gecə...İlk günlər bütün mövqelər üsyançıların əlində olub. Sonralar “Gəncə üsyanının qəhrəmanı” adını alan Cahangir bəy Kazımbəylinin alayı da Gəncədəymiş. Cahangir bəy özü üsyana rəhbərlik edənlərdən biri idi.

Azerbaijan- Cahangir bəy Kazımbəyli
Azerbaijan- Cahangir bəy Kazımbəyli

BİTMƏK BİLMƏYƏN SUALLAR

-12 min insanın öldürüldüyü bu üsyana daha kimlər qatılmşdı?

-Üsyan niyə Cümhuriyyətin devrildiyi Bakıda yox, ilk paytaxt Gəncədə başladı?

–Üsyan necə planlaşdırılmışdı?

– Sakinlər üsyançılara necə dəstək göstərdilər?

– Gürcüstan ordusu və Milli Ordunun Qarabağdakı bölmələri niyə yardıma gəlmədi?

--Üsyanın təşkilatçılarından Cahangir bəy Kazımbəylinin , Cavad bəy Şıxlinskinin, Məhəmməd Mirzə Qacarın və başqalarının taleyi necə oldu?

– Və nəhayət, bu üsyanın yolunda 12 min qan tökməyə dəyərdimi?

TARİX ONDAN DƏRS ALANLARI SEVİR

Verilişə gəncəli jurnalist Zakir Murad bələdçiklik edir.

Veriliş boyu polkovnik Cahangir bəy Kazımbəylininillər sonra xaricdə qələmə aldığı xatirələrindən parçalar səslənəcək.

İyunun 4-də saat 23-də --2-ci Gəncə üsyanının başlandığı gün 3-cü Gəncə üsyanının izinə düşün.

Tarix ondan dərs alanları sevir!

Bu “İz”i itirməyin!

Gözlə

No media source currently available

0:00 0:29:51 0:00
Direct-ə keçid

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG