BMT Yəməndə ciddi vəba epidemiyasının yayıldığını bildirir. Hər gün burada 3-5 min yeni xəstə qeydə alınır.
UNICEF-in Yaxın Şərq üzrə direktoru Geert Cappelaere “Associated Press” agentliyinə bildirib ki, ötən ay Yəməndə 70 min şübhəli vəba xəstəsi barədə məlumat yayılıb.
Buna da bax: Muhammad bin Salman: ‘İranla Səudiyyə arasında dialoq mümkün deyil’
Paytaxt Sanaada mayın 15-də fövqəladə vəziyyət elan olunub və beynəlxalq yardım istənilib.
Cappelaere epidemiyanın Yəmənin 22 bölgəsindən 19-da yayıldığını bildirib. O xəbərdarlıq edib ki, ölkəyə təcili yardım olunanadək hər həftə vəba xəstələrinin sayı iki dəfə arta, “Yəmənin sərhədlərini aşa bilər”.
Yəməndə 3 ildir müharibə gedir. Paytaxt Sanaa silahlı Husi hərəkatının nəzarətindədir. İranın dəstəklədiyi şiəməzhəb husilər Səudiyyə koalisiyası ilə mübarizə aparır.
Buna da bax: Hutilər Məkkəyə uzunmənzilli raket atmaqda suçlanırlar
Müharibədə 10 mindən çox insan öldürülüb, milyonlarla köçkün yaranıb. Ölkə infrastrukturuna ciddi ziyan dəyib.