Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 07:17

Jurnalisti həbsdə qaldı


Elçin Sadıqov

Dünən, iyunun 2-si jurnalist Elçin İsmayıllının həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb. Ancaq şikayət təmin edilməyib.

Vəkil Elçin Sadıqov bildirib ki, mayın 26-da Nəsimi Rayon Məhkəməsi onun həbs müddətini sentyabrın 12-nə qədər uzadıb. Müdafiə tərəfi bu qərardan şikayət verib. Amma hakim Cəmalə Ramazanovanın sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Vəkil jurnalistin həbsdə saxlanılmasını əsassız hesab edir. Üstəlik, bildirir ki, indiyədək onun barəsində ciddi istintaq hərəkəti aparılmayıb.

E. Sadıqovun sözlərinə görə, E. İsmayıllının işi ilə bağlı axıra qədər şikayətlərini davam etdirəcəklər. Bu məsələni Avropa İnsan Hüquqları Məhkəməsinə qədər daşımaq fikrindədirlər.

Xatırlatma

İsmayıllıda yaşayan müstəqil jurnalist Elçin İsmayıllı fevralın 17-də saxlanıb. Nəsimi Rayon Məhkəməsi fevralın 18-də onun haqqında 24 günlük həbs qətimkan tədbiri seçmişdi. Sonradan onun həbs müddəti bir neçə dəfə artırılıb.

Jurnalist barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Vəkilinin bildirdiyinə görə, istintaq materiallarında jurnalist İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşını hədələyərək pul tələb etməkdə günahlandırılır. Həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib və Elçin İsmayıllı pul alacağı əsası ilə həbs olunub. Vəkilin sözlərinə görə, jurnalist həbsinin qurama, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib:

"Elçin İsmayıllı deyir ki, bu iş quramadır. Həmin adamı 2003-cü ildən tanıyır, yaxşı münasibətləri var. Bir ay öncə ondan 1000 manat borc pul istəyib. İki gün əvvəl Elçinə zəng edib ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçin İsmayıllını həbs ediblər", vəkil jurnalist həbs olunarkən bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG