Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 08:07

Gözəl Bayramlıya görə Gürcüstana müraciət


Gözəl Bayramlı, AXCP sədrinin müavini

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı ilə bağlı Gürcüstan Dövlət Gömrük Komitəsinə və Maliyyə Nazirliyinə rəsmi məktub göndərilib.

Bu barədə hüquq müdafiəçisi Oktay Gülaliyev məlumat verib.

Müraciətdə bu il mayın 25-də Gürcüstanın sərhəd-gömrük məntəqəsini keçərkən G. Bayramlının üzərində qanuna zidd, bəyannamədən gizlədilən əşya və ya maliyyə vəsaitinin olub-olmamasına aydınlıq gətirilməsi xahiş olunur.

Buna da bax:​ Gözəl Bayramlının şikayətləri rədd edilib

Ümid edirik ki, Azərbaycan hüquq-mühafizə orqanlarından fərqli olaraq Gürcüstan tərəfi bu həssas dönəmdə Gözəl Bayramlıya qarşı irəli sürülmüş absurd və qondarma qaçaqmalçılıq ittihamı ilə bağlı daha obyektiv, ədalətli mövqe nümayiş etdirib həqiqətləri deyəcək”-deyə hüquq müdafiəçisi vurğulayır.

Xatırlatma

Mayın 25-i axşam saatlarında AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Buna da bax: Gözəl Bayramlı ev dustaqlığına buraxılmadı

Mayın 26-sı Səbail rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

Buna da bax:​ 'Hakimiyyətə işləyən məlum sayt bu barədə ətraflı yazmışdı'

AXCP sədri Əli Kərimli isə G.Bayramlının Gürcüstana müayinə məqsədilə getdiyini bildirmişdi. Ə.Kərimli vurğulayırdı ki, G.Bayramlı Gürcüstanda müxtəlif vaxtlarda bir neçə dəfə əməliyyat olunub. Əllərində bunu təsdiqləyən sənədlər də var.

Günün bütün mövzuları

XS
SM
MD
LG