Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 07:39

Medianın iyunun 2-də yazdığına görə, Monteneqro 149 rusiyalı və ukraynalının ölkəyə girişini yasaqlayıb. Bu addım Moskvanın monteneqrolulara qoyduğu qadağalara cavab olaraq atılıb.

Monteneqronun qara siyahıya saldığı şəxslər Rusiyanın 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaqında rolu olanlardır.

Buna da bax:​ Monteneqro NATO üzvlüyü haqda sazişi ratifikasiya edib

Məlumatlara görə, siyahıya Rusiya baş nazirinin müavini Dmitry Rogozin, kəşfiyyat xidmətlərinin rəhbəri Nikolai Patrushev, Çeçenistan respublikasının başçısı Ramzan Kadyrov, maqnat, Tsargrad TV-nin sahibi Konstantin Malofeev daxildir.

2014-cü ildə Monteneqro Avropa Birliyinin Rusiyaya qoyduğu sanksiyalara qoşulub. Bundan sonra ölkə rəsmiləri deyiblər ki, Rusiya da 50 nəfərlik gizli siyahı düzəldib. Siyahıya Monteneqronun baş naziri Dusko Markovic, assambleya prezidenti Ivan Brajovic, hakim partiyanın lideri Milo Djukanovic salınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG