Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:12

Bakıda məhbus uşaqları göyərçin uçurdu


Bakıda məhbus övladları göyərçin uçurdular
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

Bakıda məhbus övladları göyərçin uçurdular

-

Məhbus uşaqları Dənizkənarı Bulvarda göyərçin uçurublar. D18 hərəkatının təşkilatçılığı ilə keçirilən aksiyada "Nardaran məhbusları"nın və jurnalist Fikrət Fərəməzoğlunun ailəsi iştirak edib. Aksiya 1 uyun "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə keçirilən aksiyada əvvəl polis göyərçinlərə baxış keçirib. Aksiya müdaxilə olmadan başa çatıb. D18 hərəkatının sədri Ruslan İzzətli deyir ki, bu aksiya ilə onlar diqqəti siyasi məhbus məsələsinə çəkmək istəyiblər.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Onlar dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salmada daxil bir neçə ağır maddədə ittiham olunublar.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırova 20 il, onunla birgə ittiham olunanlara 20 ildən 10 ilədək həbs cəzası verilib. Jurnalist Fikrət Fərəməzoğlu 2016-cı il iyununda saxlanıb. O hədə-qorxu ilə rüşvət tələbetmədə suçlanır və hazırda məhkəməsi gedir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG