Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 05:43

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində


Zakir Həsənov cəbhə bölgəsində.

Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhə zonasında yerləşən hərbi hissələrdə olub.

Bu barədə iyunun 2-si nazirliyin mətbuat xidməti məlumat yayıb. Müdafiə Nazirliyinin rəhbərliyi ötən ilin aprel ayında Lələtəpə uğrunda döyüşlərdə həlak olan hərbi qulluqçuların xatirəsinə Füzuli rayonunun Horadiz şəhərində ucaldılmış kompleksi ziyarət ediblər:

«Müdafiə naziri Zakir Həsənov qarşı tərəfi müşahidə edib, ərazidəki əməliyyat şəraiti və müdafiə zolağındakı vəziyyətlə tanış olub».

Məlumatda həmçinin, bildirilir ki, cəbhə xəttində yerləşən hərbi hissələrdən birində yeni inşa edilmiş hamam-camaşırxana, qazanxana kompleksinin və ərzaq anbarının açılışı olub. Sonra nazirliyin rəhbər heyəti hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olublar.

Şəxsi heyətlə keçirilən görüşdən sonra birgə nahar təşkil olunub.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Ötən il aprelin 2-dən 5-nə kimi isə cəbhədə iri silahlar işə düşüb. Hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı yenidən razılıq əldə edilib. Həmin döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri bölgədə strateji cəhətcən əhəmiyyətli sayılan Lələtəpə yüksəkliyini azad edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG