Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 13:51

Hacı Cavad məscidinin əvəzinə yenisi tikiləcək


Hacı Cavad məscidi

Hacı Cavad məscidi söküləcək. Başqa ünvanda yeni məscid inşa olunacaq. Artıq, bununla bağlı qarşılıqlı razılaşma əldə olunub”.

Bu haqda Hacı Cavad məscidi icmasından bildiriblər. İcmadan onlara edilən təklifin münasib olduğunu deyiblər.

Bu gün, iyunun 1-də yeni məscidin inşa olunacağı əraziyə baxış da keçirilib. Bu məscid də Bakının Yasamal rayonu ərazisində inşa olunacaq.

Buna da bax:​ Bakıda məscid qalmaqalı [video]

Bu haqda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildiriblər.

Məlumatda bildirilir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, baş nazirin birinci müavini Yaqub Eyyubov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı icma nümayəndələri ilə birgə ərazidə olublar.

İştirakçılara tikiləcək məscidin ərazisi, layihəsi, eskizləri, memarlıq cəhətdən özəllikləri ilə bağlı bilgi verilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yeni məscidin gələn ilə hazır olacağını bildirib.

Buna da bax:​ Hacı Cavad məscidi ilə bağlı komissiya yaradılır

XATIRLATMA

Bu il aprelin 12-si Bakının Yasamal rayonu ərazisindəki Hacı Cavad məscidini sökməyə cəhd etmişdilər.

Həmin vaxt əraziyə Yasamal rayon İcra Hakimiyyətinin işçiləri və polis əməkdaşları gəlmişdi. Ancaq məscidin daxilində və önündə dayanan yüzlərlə insan söküntüyə imkan verməmişdi.

Prezident İlham Əliyev isə aprelin 13-də inanclı insanların reaksiyasını nəzərə alaraq, məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması və binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq vermişdi.

Buna da bax:​ Dindarlar məscidin sökülməsinə etiraz edir

Yerli camaatın bildirdiyinə görə, bu məscidi Hacı Cavad adlı tacir tikdirib. Məscidin giriş qapısının üstündə üç daş kitabə həkk olunub. Həmin kitabələrdən birinə əsasən, məscidin inşa tarixi hicri-qəməri təqvimi ilə 1305-ci ilə aiddir. Bu, milad təqvimi ilə XIX əsrə düşür.

Günün bütün mövzuları

XS
SM
MD
LG