Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:23

Rusiya cavab olaraq 5 Moldova diplomatını ölkədən çıxarır


Vladimir Putin və Igor Dodon

Rusiya Moldovaya cavab olaraq 5 Moldova diplomatını ölkədən çıxarır.

Bu barədə mayın 31-də Rusiyanın xarici işlər nazirliyi məlumat yayıb.

Diplomatlar 3 gün ərzində Rusiyanı tərk etməlidirlər.

Məsələyə münasibət bildirən Moldova prezidenti İgor Dodon deyib ki, son 25 il ərzində iki ölkə arasındakı münasibətlərdə indiki qədər uçurum olmamışdı.

O, Rusiya tərəfindən digər cavab tədbirləri olmayacağına ümidlə yanaşdığını bildirib və etiraf edib ki, bu ilk növbədə Moldovadan aslı olacaq.

Qeyd edək ki, Rusiyanın Moldovadakı səfirliyi bazar ertəsi 5 diplomatının arzuolunmaz şəxslər olması barədə rəsmi nota alıb.

Baş nazir Pavel Filip belə bir qərarın xüsusi xidmətdən alınmış informasiya əsasında qəbul edildiyini bildirib.

Amma Dodon hökumətin hərəkətini pisləyib.

Moskva isə belə bir addımı, Moldovadakı ayrı-ayrı qüvvələrin prezidentin kursuna qarşı birbaşa təxribatı adlandırıb və buna müvafiq cavab veriləcəyini bəyan eləmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG