Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 04:01

Kabildə partlayış: 80 ölü, 350 yaralı


Kabildə partlayış.

Mayın 31-də Əfqanıstan paytaxtı Kabilin mərkəzində törədilmiş partlayışda azı 80 nəfər həlak olub, 350-dən çox yaralı var.

Partlayış səhər nəqliyyatın gur vaxtında prezidentin sarayı və xarici səfirliklərin yerləşdiyi əraziyə yaxın yerdə törədilib. Polisin məlumatına görə, maşına qoyulmuş bomba partladılıb.

Kabil polisinin sözçüsü Basir Mujahid hadisənin Almaniya səfirliyinin girişinin yaxınlığında baş verdiyini deyib. Ancaq səfirlik işçilərindən xəsarət alanın olub-olmadığı bəlli deyil.

«Reuters» yazır ki, Fransa naziri Marielle de Sarnez Kabildəki Fransa və Almaniya səfirliklərinə ziyan dəydiyini söyləyib. Hələlik, Fransa tərəfdən qurbanların olduğu bəlli deyil.

Partlayışa görə məsuliyyəti üzərinə götürən olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG