Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 01:58

ABŞ senatoru John McCain deyir ki, Rusiya prezidenti Vladimir Putin qlobal təhlükəsizliyə «İslam Dövləti» (İŞİD) qruplaşmasından daha böyük hədədir. O, Moskvanın ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsinə görə Rusiyaya sanksiyaların artırılmasına çağırıb.

«Məncə, İŞİD təhlükəli şeylər edə bilər və müsəlman inancının başına gələnlərdən çox narahatam. Ancaq məncə, Putin başlıca, İŞİD-dən də güclü təhlükədir», – senator mayın 29-da Avstraliya Yayım Korporasiyası televiziyasına deyib.

O, Putin-i Ukraynanı parçalamaqda, Baltik ölkələrinə təzyiq göstərməkdə ittiham edib.

McCain Senatın Silahlı Xidmətlər Komitəsinin sədri, ABŞ Konqresində xarici siyasət üzrə aparıcı siyasətçidir.

Onun sözlərinə görə, Putin-in ABŞ-da seçkinin nəticəsinə dəyişməyə nail olmasının sübutu yoxdur, ancaq Kreml seçkilərə təsir göstərmək niyyətindən əl çəkmir, bu yaxınlarda Fransada oxşar addımı atıb.

Qeyd edək ki, Rusiya seçkilərə müdaxiləylə bağlı deyilənləri rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG