Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 09:19

Şimali Koreyanın daha bir yaxınmənzilli ballistik raket sınağı keçirdiyi bildirilir. ABŞ, Cənubi Koreya və Yaponiya orduları mayın 29-da təsdiqləyiblər ki, Vonsan hava bazasından buraxılan raket şərq istiqamətində uçub.

ABŞ ordusunun Sakit Okean komandanlığı raketin uçuşunu izlədiyini, bunun yaxınmənzilli raket olduğunu bildirib.

Komandanlıq bəyanatında bu raketin Birləşmiş Ştatlara təhlükə yaratmadığını açıqlayıb.

Cənubi Koreya prezidenti Moon Jae-in ölkənin Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Yaponiya raket sınağını pisləyib, raketin onun ərazi sularına düşdüyünü, ancaq ziyan vurmadığını bildirib.

Şimali Koreyanın dövlət mediasından, hələlik, şərh gəlməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG