Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 11:49

Bəzi rayonlarda yağış gözlənilir


Foto arxiv

Qarşıdakı iki gün bəzi rayonlarda yağış gözlənilir.

Mayın 28-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ancaq gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyinin əsəcəyi ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,Abşeron yarımadasında gecə 14-17, gündüz 21-26, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacağı bildirilir.
Gecə 13-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti təxmin edilir.

Mayın 29-na olan gözlənti

Bakı və Abşeron yarımadasında elə bir yağıntı gözlənilmir.
Abşeronda gecə 13-16, gündüz 20-25, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacağı bildirilir.

Azərbaycanın rayonlarında da əsasən yağıntı gözlənilmir.Ancaq gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı ehtimal edilir. Gecə 13-18, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG