Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 20:34

Misir Liviyaya zərbələr endirib


Misir təhlükəsizlik qüvvələri. 26 May 2017.

Misirin hava qüvvələri qonşu Liviyadakı “terror düşərgələrinə” hava zərbələri endirib. Dövlət televiziyasının məlumatına görə, bu addım kopt xristianlarına hücuma cavab olaraq atılıb.

Prezident Abdel Fattah al-Sisi mayın 26-da bildirib ki, “istənilən yerdə terrorçu düşərgələrini tərəddüd etmədən vuracaq”.

Buna da bax:​ Liviyanın neft feldmarşalını Moskvayla nə birləşdirir?

Mayın 26-da kopt xristianlarının olduğu avtobusa hücum törədilib, azı 28 nəfər həlak olub, 25 nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti, hələlik, üzərinə götürən olmayıb. Ancaq İslam Dövləti (İŞİD) ekstremist qrupu son aylar kopt xristianlarını bir neçə dəfə hədəfə alıb. İŞİD onlara qarşı daha çox hücumlar təşkil edəcəyini bildirib.

Koptlar Misirin 92 milyonluq əhalisinin 10 faizini təşkil edirlər.

XS
SM
MD
LG