ABŞ prezidenti Donald Trump Siciliyadadır. Mayın 26-da burada Böyük Yeddilik (G7) ölkələrinin ikigünlük sammiti başlanır.
Trump-ın ticarət və iqlim dəyişikliyi məsələlərində mövqeyi ilə bağlı digər ölkə liderlərinin suallarıyla üzləşəcəyi gözlənir.
Taormina kurort şəhərində keçirilən toplantı Trump-ın yanvarda vəzifə başına keçədən sonra ilk xarici turnesinin sonuncu hissəsidir. O, Yaxın Şərq və Avropaya 9-günlük səfərini başa vurmuş olur.
G7 sammitində liderlərin təhlükəsizlik sahəsində əməkdaşlıq məsələsini də müzakirə edəcəyi gözlənir.
Mayın 22-də İngiltərənin Mançester şəhərində törədilmiş partlayışda 22 nəfər həlak olub. Partlayışı gənc islamçı yaraqlının törətdiyi bildirilir.