Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 05:49

Komissiyadan naməlum məzarlarla bağlı xəbərdarlıq


Tabutlar

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Qarabağ münaqişəsinə aid bəzi naməlum məzarlarla bağlı açıqlama yayıb.

«Bəzi KİV-lərdə Qarabağ münaqişəsi zamanı tanınmadan dəfn edilmiş şəxslərə aid məzar yerlərindən çəkilmiş fotoşəkillərin yayılması ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Ayrı-ayrı vətəndaşlar itkinlərə aid məzarların qanunsuz açılmasına cəhdlər ediblər», - deyə açıqlamada bildirilir.

Komissiya daha sonra silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərinin açılması qaydaları barədə məlumat verib:

«Zəruri prosedurlar başa çatdıqdan sonra müəyyən edilmiş naməlum məzar yerlərində beynəlxalq standartlara uyğun eksqumasiya (məzarın açılması) işləri aparılacaq... Xüsusi qaydada toplanmış insan qalıqları laboratoriyada zəruri prosedurları keçdikdən sonra meyitdən və itkin düşmüş şəxsin yaxınlarından götürülmüş nümunələr tutuşdurularaq eyniləşdirmə aparılır. Proses müsbət nəticə verdiyi təqdirdə insan qalıqları ailəyə təhvil verilir».

Açıqlamada vurğulanır ki, belə halların qanunsuz şəkildə həyata keçirilməsi cinayət məsuliyyəti yaradır. Komissiya yerli ərazi inzibati orqanları nümayəndələrini və vətəndaşları bu cür hərəkətlərdən çəkinməyə dəvət edir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3868 şəxs itkin kimi qeydiyyatdan keçib. Münaqişə müddətində 1437 şəxs isə əsir və girovluqdan azad edilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG