Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 18:01

Ankara Rusiyadan buğda idxalına məhdudiyyət qoymadığını deyir


Foto arxiv

Türkiyənin iqtisadiyyat nazirliyi ticarət məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı Rusiya ilə razılaşmaya sadiq qaldıqlarını bəyan edib.

Bu barədə mayın 25-də RİA Novosti agentliyi nazirliyin yazılı bəyanatına istinadla xəbər verir.

“Rusiya ilə Türkiyə arasında müsbət ab-hava və addımlara baxmayaraq bir sıra kütləvi informasiya vasitələri Rusiyadan kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyət qoyulması barədə xəbərlər yayırlar. Türkiyə Rusiya ilə əldə olunmuş razılaşmaya sadiq qalmaqda davam edir”, deyə sənəddə bildirilir.

Bundan əvvəl kütləvi informasiya vasitələrində Türkiyənin Rusiyadan buğda idxalına məhdudiyyət qoyması barədə məlumatlar peyda olmuşdu.

Amma Rusiya taxıl ittifaqının rəhbəri Arkadi Zlocevski quruma daxil olan üzv şirkətlərdən bununla bağlı heç bir sənəd almadıqlarını deyir.

Qeyd edək ki, Moskva ilə Ankara ayın əvvəllərində Türkiyə prezidenti Racep Tayyip Erdoganın Rusiyaya səfəri zamanı qarşılıqlı ticarət məhdudiyyətlərini aradan qaldırmaq razılığına gəldilər.

Amma Türkiyədən tamat idxalına qoyulmuş məhdudiyyət hələ də qalır və bunun müəyyən maliyyə və prosedual qaydalarla bağlı olduğu bildirilir.

Xatırladaq ki, Türkiyə 2015-ci ildə Suriya sərhədi yaxınlığında Rusiyanın hərbi təyyarəsini vurduqdan sonra Moskva Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq eləmişdi.

Öz növbəsində Türkiyə buna cavab olaraq Rusiyadan gətirilən buğda,qarğıdalı və günəbaxan yağına yüksək gömrük rüsumu tətbiq eləmişdi.

Amma Erdogan sonradan insidentə görə üzr istədikdən sonra iki ölkə arasındakı münasibətlər yenidən bərpa olundu.

Günün bütün mövzuları

XS
SM
MD
LG