Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 19:55

Britaniya polisi Mançesterdəki partlayışı törətmiş intiharçıya kömək edənlərin axtarışını davam etdirir. Mayın 25-də isə saxlanan şübhəlilərdən biri buraxılıb. Bir gün öncə saxlanmış qadına ittiham irəli sürülmədiyi üçün azadlığa çıxıb.

Mayın 22-də axşam Mançesterdə konsert arenasında törədilmiş partlayışda 22 nəfər həlak olub.

Mançester polisi yaydığı bəyanatda təhqiqatın sürətlə aparıldığını bildirib.

Britaniya polisinin rəhbərləri xəbərdarlıq ediblər ki, partlayış barədə ABŞ mediasına sızdırılmış məlumat təhqiqata ziyan vurur, ona inamı sarsıdır. «The New York Times» qəzeti hadisə yerindən fotolar dərc edib, bu fotolar təhqiqatın bir hissəsidir.

Daxili işlər naziri Amber Rudd BBC radiosuna müsahibəsində ABŞ mediasına sızdırılan informasiyanı «qıcıqlandırıcı» adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG