Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:47

NATO-nun beynəlxalq koalisiyaya qoşulub-qoşulmaması müzakirə olunacaq


Jens Stoltenberg

“Mançesterdəki terror aktı, NATO-nun terrorçuluqla mübarizədə ABŞ prezidenti Donald Trum-la razılığa gəlməsinin vacibliyini göstərir”.

Bunu mayın 24-də NATO-nun baş katibi Jens Stoltenberq bəyan edib.

O, Brüsseldə çıxış edərkən mütəfiqlərin birliyini möhkəmləndirməyə çağırıb.

“Biz NATO-nun “İslam dövləti” qrupu ilə mübarizə aparan qlobal koalisiyaya qoşulub-qoşulmamasını müzakirə edirik” Stoltenberg vurğulayıb.

Azadlıq Radiosunun məlumatına görə, bu məsələ mayın 25-də NATO sammitində gündəlikdə duran əsas məsələ olmalıdır.

ABŞ prezidenti Donald Trump sammitə qatılmaq üçün artıq Brüsselə gedib.

Qeyd edək ki, ABŞ prezidenti seçkiqabağı kampaniyalar vaxtı dəfələrlə NATO ittifaqını tənqid eləmiş, onu köhnəlmiş təşkilat adlandırmışdı.

O vaxtdan bu yana onun ritorikası yumşalsa da prezident NATO-nun Suriya və İraqda “İslam dövləti” qrupu ilə mübarizə aparan beynəlxalq koalisiyaya qatılmasını istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG