Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 07:59

Özünü bankın qarşısında yandırdı


Foto illüstrasiya.

«Bu gün (mayın 24-ü) özünü yandıran Ramiz Manafovun vəziyyəti ağırdır».

Bunu R.Manafovun yerləşdirildiyi 5 saylı şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsindən bildiriblər.

Şöbədən verilən məlumata görə, həmin şəxsin baş, boyun, üz hissəsi və tənəffüs yollarında yanıqlar çoxdur.

«III-İV dərəcəli yanıqlardır, hətta ölüm təhlükəsi belə var», - şöbədən bildiriblər.

Şahidlərin deməsinə görə, həmin şəxs mayın 24-ü səhər saatlarında «Bank Respublika»nın «Azneft dairəsi»ndəki filialı önündə özünü yandırıb.

Şahidlərin bildirdiyinə görə, özünü yandıran müştəri banka gələrkən əlində sellofan paket olub.

«Yeni Müsavat» qəzetinin xəbərinə görə, o, bank işçiləri ilə mübahisə etdikdən sonra özünü yandıracağını deyib. Xəbərdə bildirilir ki, mübahisəyə müştərinin banka olan borcunun qarşılığında mənzilinin alınacağı hədəsi ilə üzləşməsi səbəb olub.

Daha sonra bankın qarşısına çıxan şəxs gətirdiyi benzini üstünə tökərək əlindəki alışqanla özünü yandırıb. Onun arxasınca çıxan bankın işçiləri və mühafizə xidmətinin əməkdaşları yanğınsöndürən balonla alovu söndürüblər.

Məsələ ilə bağlı «Bank Respublika»dan, hələlik, münasibət almaq mümkün olmayıb. Bankın mərkəzi ofisindən deyiblər ki, gün ərzində özləri açıqlama verəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG