Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 11:16

"İslam dövləti" qrupu deyir ki, Mançesterdəki partlayışı qrupun üzvü törədib


Mançesterdə partlayış

Mayın 22-də Mançesterdə törədilən partlayışa görə cavabdehliyi "İslam dövləti" qrupu üzərinə götürüb.

Bu barədə AzadlıqRadiosu Reuters agentliyinə istinadla məlumat verir.

Qrup özünün internet saytında yerləşdirdiyi məlumatda bildirir ki, partlayışı onun üzvlərindən biri törədib.

Bundan əvvəl bu partlayışla bağlılıqda şübhəli bilinən 23 yaşlı oğlanın həbs olunduğu bildirilirdi.

Polisin məlumatına görə, o "Arndale” ticarət mərkəzində həbs edilib.

Bundan əvvəl sakinlər güclü gurultu səsi eşitdiklərini bildiriblər və camaat dərhal evakuasiya edilib. Amma sonradan mərkəz yenidən açılıb.Hələlik orda nə baş verdiyi bilinmir.

Mayın 22-də şəhərdəki konsert zalında törədilən partlayışda 22 nəfər ölüb,60 nəfərsə xəsarət alıb.

Kraliça ikinci II Elizabet ölən və xəsarət alanların yaxınlarına başsağlığı verib.

Britaniyanın baş naziri Theresa May bundan əvvəl partlayışı törədən intiharçının kimliyinin bəlli olduğunu deyib, amma qeyd edib ki, istintaqa görə adı açıqlanmır. O, bunun terror aktı olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG