Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:50

Azərbaycan qızıl medal sayında liderdir


Foto arxiv

Mayın 21-də Azərbaycan atletləri IV İslam Həmrəyliyi Oyunlarında qızıl medalların sayını 68-ə çatdıraraq yenidən Türkiyəni qabaqlayıblar.

Saat 18-ə olan məlumata görə, Azərbaycanın 138 medalı var.

Onlardan 40-ı gümüş, 30-u isə bürünc medaldır.

Ümumi medal sıralamasında Türkiyə hamıdan qabaqdadır.

Onların hesabında 175 medal var. Türkiyə atletləri 67 qızıl, 59 gümüş, 49 bürünc medal qazanıblar.

Yarışların üçüncüsü əvvəlki günlərdə olduğu kimi İrandır. Onların hesabında ümumilikdə 85 medal var. Həmin medalların 26-sı qızıldır.

IV İslam Həmrəyliyi Oyunları mayın 22-də başa çatacaq.

Azərbaycana bununla bağlı 54 ölkədən 3 mindən çox idmançı gəlib.

İdmanın 21 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparırlar. Azərbaycanı bu oyunlarda 425 atlet təmsil edir. Yarışların rəsmi açılışı mayın 12-də olub

Günün bütün mövzuları

XS
SM
MD
LG