Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:42

Zərdüşt Əlizadə: “Ümumrusiya Azərbaycanlıları Konqresi əslində YAP idi...”


Zərdüşt Əlizadə

“Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvinin arxasında siyasi sifariş durması doğrudur. Amma bu sifarişin müəyyən əsasları olub ”.

Bunu politoloq Zərdüşt Əlizadə Rusiyada məhkəmə qərarı ilə ÜAK-ın qeydiyyatının ləğv olunmasını şərh edərkən deyib.

Zərdüşt Əlizadəbildirib ki, bir neçə belə qurum var ki, onlar qaldı, amma ÜAK-ın qeydiyyatını ləğv etdilər.

Politoloqun fikrincə, bu qurum qeyri-hökumət təşkilatı kimi Rusiya qanunvericiliyinə tabe olmayıb:

“Bir neçə dəfə xəbərdarlıq ediblər, bunlar da qulaq ardına vurublar. Sonunda da onlara göstəriblər ki, bura Azərbaycan deyil, Rusiyadır və burada siz qanuna tüpürə bilməzsiniz. Çünki, Rusiyada qanuna tüpürmək hüququ yalnız Vladimir Putinə verilib ”.

Zərdüşt Əlizadə bu qurumun Rusiyada azərbaycanlıların hüquqlarını qoruması haqda deyilənləri də əsassız sayıb:

“Bütün bu deyilənlər əsassızdır və reallığa söykənmir. Bu qeyri-hökumət təşkilatı olsa da əslində,Azərbaycanda hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının (YAP) eyni idi. Odur ki, Rusiyada yaşayan azərbaycanlıların hüquqlarını qoruması, onları qanunsuzluqlardan müdafiə etməsi haqda deyilənlər uydurmadır... ”.

Xatırlatma

Mayın 15-də Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunması barədə qərar qəbul edib.

Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddia qaldırmışdı.

Nazirlik ÜAK-ın Rusiya qanunvericiliyini, eləcə də öz nizamnaməsinin müddəalarını pozduğunu bildirmişdi.

Azərbaycan Xarici İşlər Nazirliyi və ölkə parlamentin üzvləri bu qərarı pisləyən açıqlama ilə çıxış ediblər. Onlar hesab edirlər ki, bu qərar Rusiya və Azərbaycan əməkdaşlığına kölgə salır.

Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılıb.

Konqres Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspor təşkilatı sayılır. Qurumun Rusiyanın 80-dən çox bölgəsində şöbələri var.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG