Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 10:17

F.Əmirlinin məhkəməsinin vaxtı açıqlanıb


Faiq Əmirli ev dustaqlığına buraxılmadı
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Faiq Əmirli ev dustaqlığına buraxılmadı

«Azadlıq» qəzetinin yayım direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb.

Vəkil Aqil Layıcovun deməsinə görə, Səbail Rayon Məhkəməsində keçiriləcək iclas mayın 19-na təyin edilib. İşə hakim Aytən Əliyevanın sədrliyi ilə baxılacaq.

F.Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra ona yeni ağır ittihamlar irəli sürülmüşdü.

Vəkillər son açıqlamalarında isə bildirmişdilər ki, F.Əmirliyə verilmiş bəzi ittihamlar götürülüb. F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Bu ittihamlarla ona 5 ilə kimi həbs cəzası verilə bilər.

AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır. F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb.

Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb, ifadələri alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG