Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 19:53

Birləşmiş Ştatlar Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə yeni müdafiə əməkdaşlığı razılaşması imzalayıb. BƏƏ də, Səudiyyə Ərəbistanı kimi, İranı Yaxın Şərqdə münaqişələri alovlandıran qüvvə sayır.

Körfəz ölkələri ümid edirlər ki, Trump administrasiyası İranın Suriya, İraq, Yəmən və Livanda qüvvələri dəstəyini önləyə biləcək. İran həmçinin, Bəhreyndə və Səudiyyə Ərəbistanın şərqində şiə müsəlmanlarını dəstəkləyir.

«Prezident regional münaqişələrin həllindən ötrü daha sıx işləməyə ümid edir», – Ağ evin mətbuat katibi Sean Spicer deyib.

Razılaşma çərçivəsində Vaşinqton Fars Körfəzinə daha çox hərbçi və avadanlıq göndərəcək. Bu arada ABŞ-ın Səudiyyəyə 100 milyard dollarlıq silah satışıyla bağlı saziş hazırlaması barədə də məlumatlar yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG